Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
19 2024 10:01

 Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33,5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.
 
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. 
 
Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur. 
  
Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

 


2 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: "Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq"

Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb.

2 May 2024
Cəmiyyət

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib

Mərkəzi Seçki Komissiyası (MSK) artıq parlament seçkilərinə hazırlığa başlamalıdır.

2 May 2024
Cəmiyyət

Mayın 5-də növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

2 May 2024
Cəmiyyət

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.

2 May 2024
Cəmiyyət

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Tacikistanın “Somon Air” aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.